Putin "Vostok-2022" strateji komanda-qərargah hərbi təlimlərini izləyib

Putin "Vostok-2022" strateji komanda-qərargah hərbi təlimlərini izləyib
# 06 sentyabr 2022 14:01 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən "Vostok-2022" hərbi təlimlərini izləyib.

APA-nın Rusiya bürosu xəbər verir ki, strateji komanda-qərargah təlimində iştirakçılar Şərq regionunda hərbi təhlükəsizliyin təmin edilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, "Vostok-2022" hərbi təlimləri sentyabrın 1-dən 7-ə kimi Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçirilir.

Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatıldığı və 50 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan Respublikası müşahidəçi qismində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR