Putin: Xüsusi əməliyyatın müddəti barədə danışmaq düzgün deyil

Vladimir Putin

© APA | Vladimir Putin

# 30 iyun 2022 02:07 (UTC +04:00)

Ukraynada xüsusi əməliyyat plan üzrə gedir, onun hansısa müddəti barədə danışmaq düzgün deyil, Rusiya qoşunları öz məqsədlərinə çatır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz sakit işləyirik, qoşunlar hərəkət edir, qarşıya qoyulan vəzifələrə çatır. Hər şey plan üzrə gedir", - Putin jurnalistlərə deyib.

O qeyd edib ki, əməliyyatın vaxtı barədə danışmağa dəyməz.

"Vaxt haqqında danışmağa ehtiyac yoxdur, bu, həyatdır. Bunlar real şeylərdir. Bu, hərbi əməliyyatların intensivliyi ilə bağlıdır və intensivlik mümkün itkilərlə birbaşa bağlıdır",- deyə Rusiya prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR