Putinin köməkçisi: Rusiya və Türkiyə prezidentləri daim təmasdadır

Putinin köməkçisi: Rusiya və Türkiyə prezidentləri daim təmasdadır
# 13 sentyabr 2022 18:36 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daimi təmasdadırlar, onlar Səmərqənddə keçiriləcək görüşdə taxıl sazişi və ikitərəfli iqtisadi məsələləri müzakirə edəcəklər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Onlar daim bir-biri ilə əlaqədədirlər, o cümlədən telefonla dialoqu davam etdirirlər. Hazırda danışıqlar üçün çoxlu mövzular var, o cümlədən Türkiyənin bu cür müsbət roluna, xüsusən də taxıl sazişinin bağlanmasındakı roluna dair... Danışıqların gedişatında avqustun 5-də Soçidə əldə olunmuş iqtisadi məsələlərə dair razılaşmalar böyük yer tutacaq", - Putinin köməkçisi vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR