Putinin sözçüsü: Rusiyanın Polşaya düşən raketlə heç bir əlaqəsi yoxdur

Putinin sözçüsü: Rusiyanın Polşaya düşən raketlə heç bir əlaqəsi yoxdur
# 16 noyabr 2022 14:10 (UTC +04:00)

Rusiyanın Polşaya düşən raketlə heç bir əlaqəsi yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskvanın Polşaya düşən raketlərlə heç bir əlaqəsi yoxdur: ”Hər şeyi öz adı ilə demək lazımdır. Rabitə kanalları mövcuddur. Polşa dərhal xəbər verə bilərdi ki, söhbət S-300-ün fraqmentlərindən gedir. Fakt odur ki, eskalasiya üçün heç bir əsas yox idi. Polşalıların əlində hər cür vasitə olub ki, söhbətin S-300 raketinin fraqmentlərindən getdiyini dərhal bildirsin və buna uyğun olaraq bütün ekspertlər dərhal başa düşəcəkdilər ki, bu, Rusiya silahlı qüvvələrinə aid olan raket ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR