Putinin xüsusi nümayəndəsi: Suriyadakı əməliyyat silahlı qarşıdurmanın yeni mərhələsinə gətirib çıxaracaq

Putinin xüsusi nümayəndəsi: Suriyadakı əməliyyat silahlı qarşıdurmanın yeni mərhələsinə gətirib çıxaracaq
# 15 iyun 2022 12:14 (UTC +04:00)

"Türkiyənin Suriyadakı əməliyyatı eskalasiyaya və bu ölkədə silahlı qarşıdurmanın yeni mərhələsinə gətirib çıxaracaq".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Onun sözlərinə görə, bu, Suriyada vəziyyətin sabitliyinin pozulmasına və gərginliyin artmasına səbəb ola bilər.

“Biz türk həmkarlarımızı bu addımdan çəkinməyə və yaranan narahatlıqları bütün maraqlı tərəflər arasında dialoq hesabına sülh yolu ilə həll etməyə çağıracağıq. Biz öz tərəfimizdən hər cür dəstəyi göstərməyə hazırıq”, - deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR