Putinlə Ərdoğan taxıl dəhlizi və regional prosesləri müzakirə edib

Putin, Ərdoğan

© APA | Putin, Ərdoğan

# 18 noyabr 2022 13:48 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını qeyd edib.

Telefon danışığı barədə Türkiyə Prezident Administrasiyası da məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı ikitərəfli əlaqələr, taxıl dəhlizi və regional proseslər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR