Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanı qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İrakli Qaribaşvili regionda sülh və sabitliyin önəmini vurğulayıb və Gürcüstanın iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə inkişaf əldə edilməsi məqsədi ilə regional dialoqa töhfə verməyə hazır olduğunu vurğulayıb.