Qaribaşvili: Gürcüstan Ukraynadakı müharibədə heç vaxt iştirak etməyəcək

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 07 dekabr 2022 18:55 (UTC +04:00)

Gürcüstan Ukraynadakı müharibədə heç vaxt iştirak etməyəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. O, rəsmi Tbilisinin Ukraynaya hərbi yardımla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.

"Hərbi yardımlarla bağlı, biz aydın və birmənalı olaraq bunu etməyəcəyimizi dedik. Biz bu müharibədə iştirak etməyəcəyik. Bu bizim aydın mövqeyimizdir. Biz öz vətəndaşlarımıza görə məsuliyyət daşıyırıq”, - deyə Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın Ukraynaya min tondan çox humanitar yardım göndərdiyini, 190 ölkə arasında Gürcüstanın Ukraynaya ən çox humanitar yardım göstərən ölkə olduğunu qeyd edib və əlavə edib ki, Gürcüstanda indi də ukraynalı qaçqınlara yardım edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR