Qazaxıstan MN Ermənistanın KTMT-nin təlimlərində iştirakdan imtina etdiyini təsdiqləyib - YENİLƏNİB

Qazaxıstan MN Ermənistanın KTMT-nin təlimlərində iştirakdan imtina etdiyini təsdiqləyib - YENİLƏNİB
# 27 sentyabr 2022 14:56 (UTC +04:00)

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”, - qeyd olunub.

***

26 sentyabr

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR