Qazaxıstan Özbəkistanla sərhədin demarkasiyasına dair sazişi ratifikasiya edib

Qazaxıstan Özbəkistanla sərhədin demarkasiyasına dair sazişi ratifikasiya edib
# 28 mart 2023 10:02 (UTC +04:00)

Qazaxıstan hökuməti Özbəkistanla dövlət sərhədinin demarkasiyasına dair sazişi ratifikasiya edib.

APA Qazaxıstan Prezident Administrasiyasına (Ak Orda) istinadən xəbər verir ki, müvafiq qanunu ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Qeyd edək ki, Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında saziş ötən ilin dekabr ayında Daşkənddə imzalanıb.

Sazişə əsasən, dövlət sərhədinin başlanğıc nöqtəsi Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlət sərhədlərinin qovşağı, sərhəd xəttinin son nöqtəsi isə Qazaxıstan, Özbəkistan və Türkmənistan sərhədlərinin qovşağıdır.

Müqavilə dövlət sərhədinin demarkasiya edilmiş xəttinin yerdə sərhəd nişanları ilə işarələnməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR