Qazaxıstan parlamenti KTMT ilə bağlı bir sıra sazişləri ratifikasiya edib

Qazaxıstan parlamenti KTMT ilə bağlı bir sıra sazişləri ratifikasiya edib
# 31 may 2023 11:46 (UTC +04:00)

Qazaxıstanın Məclisi (parlament) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının texniki təminatı haqqında sazişi ratifikasiya edib.

APA xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, saziş KTMT qoşunlarının birgə maddi-texniki və tibbi təminatının təşkilində tərəflər arasında qarşılıqlı fəaliyyət məsələlərini tənzimləyir və 2021-ci ilin sentyabrında Düşənbədə imzalanıb.

Həmçinin əlavə olunub ki, ölkə parlamenti KTMT-yə üzv dövlətlərin ərazilərində müvəqqəti yerləşdirilən kollektiv təhlükəsizlik qüvvə və vasitələri ilə bağlı hüquqi yardımın göstərilməsi məsələləri haqqında sazişi ratifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR