Qazaxıstan Prezidenti baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 10 yanvar 2022 11:51 (UTC +04:00)

Qazaxıstan müstəqillik tarixinin geniş miqyaslı və ən ağır böhranını yaşadı.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar sessiyasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

O, Qazaxıstandakı hadisələrə uzun müddətdir ki, hazırlıq getdiyini və baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyini söyləyib: “İstintaq nəticələri bunu göstərəcək”.

Tokayev ölkəsində baş verən etiraz aksiyalarından da danışıb. O, etiraz edənlərin qanuni tələblərinin dövlət tərəfindən yerinə yetirildiyini vurğulayıb.

Qazaxıstan Prezidenti hökumətin yeni tərkibi ilə bağlı yanvarın 11-də təklif verəcəyini də əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR