Qazaxıstan Prezidenti paytaxtı tərk etməyəcəyini bəyan edib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 05 yanvar 2022 17:28 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün ikinci dəfə xalqa müraciət edən Tokayev ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib.

O, paytaxt Nur-Sultanda olduğunu və şəhəri heç bir halda tərk etməyəcəyini bildirib.

Xalqa müraciətində asayiş keşikçiləri arasında ölüm hallarının olduğunu vurğulayan Prezident bundan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı maksimum sərt davranacağını qeyd edib.

Tokayev vəziyyətin stabilləşməsi üçün tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR