Qazaxıstan Prezidenti referendumun məqsədini açıqlayıb - VİDEO

Kasım-Jomart Tokayev, Qazaxıstan Prezidenti

© APA | Kasım-Jomart Tokayev, Qazaxıstan Prezidenti

# 05 iyun 2022 10:18 (UTC +04:00)

“Bu gün Qazaxıstan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum yanvardakı iğtişaşların təkrarlanmayacağının zəmanəti olacaq. Biz hadisələrdən müvafiq nəticələr çıxarmışıq”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Kasım-Jomart Tokayev deyib ki, yanvarda baş verən hadisələrin araşdırılması üçün beynəlxalq ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur: “İstintaqı səlahiyyətli orqanlar çox diqqətlə, detallı aparır. Cəmiyyətimiz üçün heç nə sirr qalmayacaq”.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar zamanı 230 nəfər ölüb, 4,5 mindən çox insan xəsarət alıb. Yanvarın 7-dən ölkədə vəziyyət stabilləşib, yanvarın 19-da fövqəladə vəziyyət rejimi ləğv olunub.

Qeyd edək ki, bu gün Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir. Dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli idarəetmə orqanlarının rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqlarının müdafiəsi sistemi gücləndirilir, Dəyişiklikdə Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün tam ləğvi, birinci Prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların Konstitusiyadan çıxarılması əksini tapıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası 5 saat ərzində referendumda seçici fəallığının artıq 43,7 faizə çatdığını da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR