Qazaxıstan prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 23 iyul 2022 21:53 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində Tokayev Səudiyyə rəsmiləri və iş adamları ilə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR