Qazaxıstan Qərbin sanksiyalarından yayınma ilə mübarizə sistemi tətbiq edəcək

Qazaxıstan Qərbin sanksiyalarından yayınma ilə mübarizə sistemi tətbiq edəcək
# 24 mart 2023 03:57 (UTC +04:00)

Aprel ayından Qazaxıstan Rusiyaya çatdırılmalarda Qərbin sanksiyalarından yayınma ilə mübarizə sistemi tətbiq edəcək.

APA-nın xəbərinə görə, bu barədə Eurasianet portalı məlumat verib.

Beləliklə, Qazaxıstan paralel idxal sistemi vasitəsilə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmədiyini Qərb ölkələrinə nümayiş etdirmək istəyir.

Portalın məlumatına görə, Astana Rusiya ilə ticarəti məhdudlaşdırmağı planlaşdırmır, eyni zamanda sanksiyalar riskini də götürmək niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR