Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmayacaq

Maulen Aşimbayev

© APA | Maulen Aşimbayev

# 22 sentyabr 2022 11:51 (UTC +04:00)

Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə gəlməsini məhdudlaşdıra bilməz, lakin yaşayış icazəsi qanunvericiliyə uyğun və yalnız lazımi sənədlər təqdim olunduqdan sonra rəsmiləşdiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Senatının spikeri Maulen Aşimbayev deyib.

“Əgər ruslar ölkəmizə gəlmək və sonra geri qayıtmaq, müəyyən dövr ərzində işlə bağlı olaraq burada olmaq istəsələr – burada heç bir sual yaranmamalıdır və biz məhdudiyyət tətbiq edə bilmərik” – Aşimbayev jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Bununla yanaşı, o həmçinin vurğulayıb ki, Rusiya vətəndaşları Qazaxıstanda yaşayış icazəsi almaq üçün öz ölkələrində qeydiyyatdan çıxmalıdır.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR