Qazaxıstan Senatına seçkilərin vaxtı açıqlanıb

Qazaxıstan Senatına seçkilərin vaxtı açıqlanıb
# 26 noyabr 2022 12:03 (UTC +04:00)

Qazaxıstan Senatına (Yuxarı Palata) seçkilər 2023-cü il yanvarın 14-ü keçiriləcək.

APA Qazaxıstan Prezident Administrasiyasının rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı Prezident Kasım-Jomart Tokayev fərman imzalayıb.

Qazaxıstan hökumətinə, Astana, Almatı və Şımkent şəhərlərinin, vilayətlərinin başçılarına göstəriş verilib ki, seçkilərin keçirilməsi üçün təşkilati, maddi-texniki və maliyyə məsələlərinin həlli üçün tədbirlər həyata keçirsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR