Qazaxıstan "üçlü qaz ittifaqı"nın yaradılması ilə bağlı təklif almayıb

Alixan Smailov

© APA | Alixan Smailov

# 11 yanvar 2023 10:18 (UTC +04:00)

Qazaxıstan "üçlü qaz ittifaqı"nın yaradılması ilə bağlı Rusiya və Özbəkistandan hələ də təkliflər almayıb.

APA xəbər verir ki, bunu Qazaxıstanın Baş Naziri Alixan Smailov bu gün hökumətin iclası zamanı deyib.

O həmçinin, iclas zamanı Rusiyanın “Qazprom” şirkəti ilə danışıqların növbəti mərhələsini elan edib.

Baş nazir onu da bildirib ki, üçtərəfli ittifaqın yaradılması ilə bağlı təkliflər olmasa da, Rusiya ilə ikitərəfli əməkdaşlıq barədə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR