Qazaxıstan və Qırğızıstan Baş nazirləri arasında telefon danışığı olub

Qazaxıstan və Qırğızıstan Baş nazirləri arasında telefon danışığı olub
# 08 yanvar 2022 10:35 (UTC +04:00)

Qazaxıstanın Baş naziri vəzifəsini icra edən Alixan Smailov və Qırğızıstan Baş naziri Akılbek Japarov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Söhbət zamanı iki ölkənin dövlət sərhədindəki vəziyyət, eləcə də Qazaxıstandakı ictimai-siyasi vəziyyət kontekstində Qazaxıstan və Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bəyan ediblər", məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstandakı vəziyyətlə əlaqədar Qırğızıstan - Qazaxıstan sərhədindəki beş sərhəd-keçid məntəqəsi qapadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR