Qazaxıstan XİN: Rusiya səfiri ilə sərt formada söhbət aparılıb

Qazaxıstan XİN: Rusiya səfiri ilə sərt formada söhbət aparılıb
# 06 oktyabr 2022 11:53 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Borodavkinin XİN-ə çağırılması ilə bağlı açıqlama yayıb.

APA “İnterfaks-Qazaxıstan”a istinadən xəbər verir ki, Nazirliyin açıqlamasında Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukraynanın Qazaxıstandakı səfiri ilə bağlı səsləndirdiyi fikirlərə görə səfirin XİN-ə çağırıldığı və onunla kifayət qədər sərt söhbət aparıldığı bildirilib.

Həmçinin rusiyalı səfirə Zaxarova tərəfindən səsləndirilən fikirlərin Qazaxıstan və Rusiya arasındakı eyni hüquqlu strateji əməkdaşlığa uyğun olmadığı və iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR