Qazaxıstanda bu günə planlaşdırılan daxili uçuşların çoxu ləğv edilib

Qazaxıstanda bu günə planlaşdırılan daxili uçuşların çoxu ləğv edilib
# 08 yanvar 2022 10:56 (UTC +04:00)

Qazaxıstanda yanvarın 8-nə planlaşdırılan 216 daxili reysdən 160-dan çoxu ləğv edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 8-də ümumilikdə 216 reys planlaşdırılır ki, onlardan doqquz reys gecikir, 163 reys təxirə salınıb. Bütün digər reyslər cədvələ uyğun həyata keçiriləcək”.

Nazirliyin verdiyi məlumata görə, bütün ləngimələrin və uçuşların təxirə salınmasının əsas səbəbləri Aktau, Taldıkorqan, Almatı şəhərlərində hava limanlarının bağlanması və internetlə bağlı problemlərdir.

"Orda.kz"nin məlumatına görə isə xarici aviaşirkətlər Almatı, Aktau, Türküstan, Çimkent, Kostanaydan Moskva, Frankfurt, Bakı, Dubay, Şarja, Minsk, İstanbul, Urgençə həyata keçirəcəyi 21 reysi ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR