Qazaxıstanda iğtişaşlarda 160-dan çox insan həlak olub, xəstəxanalardakı 83 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB

Qazaxıstanda iğtişaşlarda 160-dan çox insan həlak olub, xəstəxanalardakı 83 nəfərin vəziyyəti ağırdır  - YENİLƏNİB
# 09 yanvar 2022 18:33 (UTC +04:00)

İğtişaşlar nəticəsində ölkənin müxtəlif bölgələrində 2265 nəfər tibbi yardım üçün müraciət edib.

APA bildirir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı xəbər verir.

Müraciət edənlər ən çox Almatı şəhərində olub - 1100 nəfər. Alma-Ata vilayətində 300-ə yaxın, Jambil və Qızılorda vilayətlərində isə 200 nəfər tibbi yardım istəyib.

Telekanalı xəbər verir ki, 719 xəstə stasionar şəraitdə müalicə alır.

***

Saat 15:54

Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər insan həlak olub.

APA bildirir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Almatı şəhərində 103 nəfər ölüb. Qızılorda vilayətində - 21 nəfər, Jambil vilayətində - 10 nəfər, Alma-Ata bölgəsində isə səkkiz nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR