Qazaxıstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Qazaxıstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb
# 27 mart 2023 10:33 (UTC +04:00)

Qazaxıstan Məclisinə (parlament) 19 mart tarixində keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd olunub ki, “Amanat” partiyası seçkilər nəticəsində lider olub və parlamentdə 40 mandat (53.9 faiz) əldə edib.

Yekun nəticələrə əsasən, "Aul" partiyası 8 mandat (10.9 faiz), “Respublika” – 6 mandat (8.59 faiz) əldə edib və seçkilərdə səs toplamış digər partiyalar parlamentdə müvafiq faiz nisbətində mandat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR