Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib - VİDEO

Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib - VİDEO
# 04 yanvar 2022 23:43 (UTC +04:00)

Qazaxıstanın Janaozen, Aktau və Manqistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

APA-nın xəbərinə görə, aksiya iştirakçıları maye qazın qiymətinin 120 təngədən 50-60 təngəyə salınmasını tələb edirlər. Hökumət komissiyası məsələ ilə bağlı etirazçılarla danışıq apardıqdan sonra Manqistauda qazın 1 litri 50 təngəyə endirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev etiraz aksiyalarına münasibət bildirib. Dövlət başçısı vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb.
“Hörmətli vətəndaşlar, sizə təkrar müraciət edirəm. Ağıllı davranın, daxildən və xaricdən olan təxribatlara uymayın. Mülki və hərbi obyektlərə hüçum çağırışları tamamilə qanunsuzdur. Bu cinayət cəzalandırılacaq. Hökumət süqut etməyəcək", - deyə prezident müraciətində qeyd edib.

"Bizə konflikt deyil, qarşılıqlı inam və dialoq lazımdır. Gənclərə müraciət edirəm: həyatınızı korlamayın. Sizin bütün qanuni tələbləriniz diqqətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək. Sabah bununla bağlı iclas keçiriləcək”, - deyə Tokayev vurğulayıb.

Dövlət başçısı ölkədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-nə hökumətin iclasını çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR