Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb  - YENİLƏNİB
# 19 mart 2023 19:17 (UTC +04:00)

Qazaxıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

APA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da ölkənin bütün ərazisində səsvermənin başa çatdığını açıqlayıb.

Seçki məntəqələrinin ölkənin 15 regionunda bağlandığı zaman seçici fəallığı 54,09 faiz olub. Digər regionlarda saat qurşağına əsasən, seçki məntəqələri 1 saat gec bağlanıb.

Qazaxıstan MSK növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini yerli vaxtla saat 22.00-da açıqlayacaq.

***

saat 14.50

Qazaxıstanda növbədənkənar parlament seçkilərində seçici fəallığı 50 faizi ötüb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 16.00-a seçici fəallığı 51,98 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR