Qazaxıstanda sərnişin qatarı avtomobillə toqquşub, 6 nəfər ölüb

Qazaxıstanda sərnişin qatarı avtomobillə toqquşub, 6 nəfər ölüb
# 01 noyabr 2022 10:27 (UTC +04:00)

Qazaxıstanın Cambul vilayətində sərnişin qatarı ilə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişin qatarı “Audi” markalı maşını dəmiryolu keçidində vurub.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR