Qazaxıstanda sərnişin qatarlarının hərəkəti tam bərpa edilib

Qazaxıstanda sərnişin qatarlarının hərəkəti tam bərpa edilib
# 08 yanvar 2022 04:12 (UTC +04:00)

Qazaxıstanda sərnişin qatarlarının hərəkəti tam bərpa edilib, internetə çıxışı olmayan bilet satışı platforması açılıb.

APA xəbər verir ki, bu barədə milli daşıyıcı olan “KTZh” Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, xəttə əlavə qatarların buraxılması, eləcə də internetə çıxışı olmayan biletlərin alınması üçün platforma açılıb: “Sərnişinlər bilet.railways.kz və kaspi.kz saytlarına daxil olaraq internetə çıxışı olmayan dəmir yolu biletlərini almaq imkanı əldə edə bilərlər. Bu, stansiyalardakı kassalarda yaranmış növbələrin aradan qaldırılmasına müsbət təsir göstərib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR