Qazaxıstanda siyasi repressiya qurbanlarına 2,9 milyon dollardan artıq müavinət veriləcək

Qazaxıstanda siyasi repressiya qurbanlarına 2,9 milyon dollardan artıq müavinət veriləcək
# 31 may 2023 11:20 (UTC +04:00)

Qazaxıstanda siyasi repressiya qurbanlarına 2,9 milyon dollardan artıq müavinət veriləcək.

APA xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 2003-cü ildən indiyə qədər Qazaxıstanda siyasi repressiya qurbanlarına birdəfəlik pul kompensasiyası və xüsusi dövlət müavinətləri kimi 18,4 milyard tenge (təqribən 41,3 milyon dollardan artıq) vəsait ödənilib.

Mətbuat xidmətindən həmçinin o da əlavə olunub ki, 1921-ci ildən 1954-cü ilə qədər ölkədə "xalq düşmənləri"nin müəyyən edilməsi siyasəti nəticəsində 100 min insan məhkum edilib, onlardan 25 mini ölüm cəzasına - edama məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR