Qazaxıstanda yanvar iğtişaşlarının 1500 iştirakçısı amnistiyaya düşüb

Qazaxıstanda yanvar iğtişaşlarının 1500 iştirakçısı amnistiyaya düşüb
# 02 noyabr 2022 16:18 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayında baş vermiş toqquşmalarda iştirak edənlərin bir qismi barədə amnisiya qanunu imzalayıb.

APA “informburo.kz” istinadən xəbər verir ki, amnistiya 1500 nəfəri əhatə edir və bu ilin 4-7 yanvar tarixlərində kütləvi iğtişaşlar zamanı cinayət törətmiş şəxslərə şamil olunur.

Həmçinin iğtişaşlar zamanı öz vəzifə səlahiyyətlərini aşaraq cinayət əməlləri törətmiş hüquq-mühafizə orqanları əməkdaşları və hərbçilər də amnistiya qanununda yer alır. O da qeyd olunub ki, qərara uyğun olaraq cəmi 1 nəfər hüquq-mühafizə orqanı əməkdaşı əfv olunur, halbuki yanvar hadisələrində iştirak etmiş polislərə və güc strukturlarında çalışanlara qarşı 49 cinayət işi açılıb. Amnistiya işgəncə əməlləri sübuta yetirilmiş şəxslərə şamil olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR