Qazaxıstanda yanvar iğtişaşlarının iştirakçıları arasında xarici vətəndaşlar da olub

Berik Asılov

© APA | Berik Asılov

# 05 yanvar 2023 12:24 (UTC +04:00)

Qazaxıstanda dövlət çevrilişi məqsədilə həyata keçirilmiş yanvar iğtişaşlarında iştirak etməkdə şübhəli bilinənlər arasında xarici vətəndaşlar da var.

APA xəbər verir ki, bunu Qazaxıstanın Baş prokuroru Berik Asılov ölkə parlamentinin plenar iclasındakı çıxışı zamanı deyib.

"Aparılan istintaq zamanı kütləvi iğtişaşlarda və digər cinayətlərdə iştirakda şübhəli bilinən əcnəbilər də məlum olub. Onların arasında Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşları da var", - Asılov bildirib.

Baş prokuror onu da əlavə edib ki, saxlanılanlar arasında 8 destruktiv xarakterli dini cərəyan üzvləri də var.

Həmçinin qeyd olunub ki, ümumilikdə yanvar hadisələri zamanı 238 nəfər həlak olub və onlardan 48-i əvvəllər məhkum olunub.

İğtişaşlar zamanı 4 nəfər müxtəlif cinayətləri törədərkən dünyasını dəyişib. Ölənlərin ən çox Almatı şəhərində (151 nəfər) olduğu bildirilib. Bununla yanaşı Qızılorda, Çimkənd və Tarazda da ölənlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR