Qazaxıstandakı aksiyalarda 200-dən çox insan saxlanılıb

Qazaxıstandakı aksiyalarda 200-dən çox insan saxlanılıb
# 05 yanvar 2022 09:01 (UTC +04:00)

Qazaxıstanda baş verən aksiyalar zamanı 200-dən çox insan saxlanılıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına hücum kimi 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.

Aksiyaların qarşısını alarkən daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 şirkət avtomobili zədələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR