Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb

Anuar Sadıkulov, Daulet Yeqorjin

© APA | Anuar Sadıkulov, Daulet Yeqorjin

# 13 yanvar 2022 12:53 (UTC +04:00)

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Təhüləsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Yeqorjin dövlətə xəyanətdə ittiham olunurlar.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanət maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR