Ruslan Jaksılıkov Qazaxıstanın yeni müdafiə naziri təyin edilib.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.
Qeyd edək ki, Ruslan Jaksılıkov bu vaxta qədər Qazaxıstan daxili işlər nazirinin müavini olub.