“Qazprom” Finlandiyaya qaz tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib - YENİLƏNİB

“Qazprom” Finlandiyaya qaz tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib - YENİLƏNİB
# 21 may 2022 10:37 (UTC +04:00)

“Qazprom” şənbə günü Finlandiyanın dövlət enerji şirkəti “Gasum”a rublla ödəniş edilməməsi səbəbindən qazın tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə holdinqin məlumatında deyilir.

“Qazprom” rublla ödəniş edilmədiyinə görə “Gasum”a qaz nəqlini tamamilə dayandırıb. Rusiya Federasiyası Prezidentinin 31 mart 2022-ci il tarixli, 172 nömrəli Fərmanına uyğun olaraq, mayın 20-də iş gününün sonuna olan məlumata görə, “Qazprom Eksport” şirkəti aprel ayında “Gasum”dan qaz tədarükü üçün ödəniş almayıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, 2021-ci ildə “Qazprom Export” “Gasum”a 1,49 mlrd. kubmetr qaz tədarük edib ki, bu da Finlandiyada ümumi qaz istehlakının 2/3 hissəsini təşkil edib.

“Aprelin 1-dən verilən qaza görə ödənişlər yeni rekvizitlərdən istifadə edilməklə rublla aparılmalıdır, bu barədə qarşı tərəflər vaxtında məlumatlandırılıb”, - Rusiya holdinqinin məlumatında vurğulanır.

***

09:45

Finlandiyanın “Gasgrid Finland” şirkəti Rusiyadan qaz nəqlini dayandırdığını açıqlayıb.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə operatorun yaydığı məlumatda bildirilir.

“İmatra” giriş məntəqəsi vasitəsilə qaz tədarükü 21 may 2022-ci il tarixində dayandırıldı. Finlandiya qaz bazarının tələb olunan qazın həcmi bazar iştirakçıları tərəfindən edilən müraciətlərə uyğun olaraq “Balticconnector” giriş məntəqəsi vasitəsilə Finlandiya qaz sisteminə idxal olunur", - məlumatda qeyd olunur.

Hazırda ölkənin qaz sistemi stabildir.

Xatırladaq ki, bundan əvvəl bildirilib ki, “Qazprom Export” şənbə günü, mayın 21-də, Moskva vaxtı ilə saat 07:00-dan etibarən Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının tədarükünü dayandırır. Buna səbəb Finlandiyanın aprel ayında verdiyi qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtina etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR