Qırğızıstan KTMT üzvləri üçün yeni mexanizmlərinin yaradılmasını təklif edir

İmanqali Tasmaqambetov - - Jeenbek Kulubayev

© APA | İmanqali Tasmaqambetov - - Jeenbek Kulubayev

# 10 mart 2023 16:30 (UTC +04:00)

Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri arasında mübahisələr və fikir ayrılıqları olduqda güc tətbiq edilməməsi mexanizmlərinin yaradılmasını təklif edir.

APA xəbər verir ki, bunu Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayev KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşü zamanı bildirib.

Qeyd edək ki, KTMT Baş katibi 9-10 mart tarixlərində Qırğızıstanda səfərdədir. Səfər çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayevlə yanaşı, ölkənin Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov və Qırğızıstan rəhbərliyi ilə də görüşlər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR