Qırğızıstan parlamenti Qazaxıstana hərbçi göndərilməsini təsdiqləyib

Qırğızıstan parlamenti Qazaxıstana hərbçi göndərilməsini təsdiqləyib
# 07 yanvar 2022 11:39 (UTC +04:00)

Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti tərkibində Qazaxıstana hərbçi göndərilməsi barədə qərarı təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq qərarın lehinə 69, əleyhinə 7 deputat səs verib.

Bu qərarla 150 qırğızıstanlı hərbçi və 19 zirehli texnika Qazaxıstana göndəriləcək.

Hərbi kontingent Qazaxıstanda əsas strateji dövlət və hərbi obyektləri mühafizə edəcək.

Qeyd edək ki, ötən gün Qırğızıstan Prezidenti və parlamenti Qazaxıstana hərbçi göndərilməsi barədə razılığa gələ bilmirdi.

Xatırladaq ki, KTMT-yə üzv Rusiya, Belarus, Ermənistan və Tacikistan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR