Qırğızıstan Prezidenti MDB liderlərinin qeyri-formal sammitinə qatılmayacaq

Sadır Japarov

© APA | Sadır Japarov

# 07 oktyabr 2022 10:18 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılmayacaq.

APA “İnterfax”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev deyib.

“Prezident Sadır Japarov Sankt-Peterbuqda MDB dövlət başçılarının qeyri-formal sammitində iş qrafikinə görə iştirak edə bilməyəcək”, - o bildirib.

Onun sözlərinə görə, Qırğızıstan tərəfinin Rusiya Prezidenti Vladimir Putinə 70 illik yubileyi münasibətilə Prezident təbrikini dövlət katibi Suyunbek Kasmambetov çatdıracaq.

Xatırladaq ki, Putin ad günündə MBD dövlət başçıları ilə Konstantinov sarayında qeyri-formal görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR