Qırğızıstan Prezidenti TDT sammitində iştirak edəcək

Sadır Japarov

© APA | Sadır Japarov

# 15 mart 2023 10:20 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək növbədənkənar Zirvə toplantısında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Sultanbayevin dediyinə əsasən, Türkiyənin paytaxtında 15-16 mart tarixlərində baş tutacaq görüşdə TDT-yə daxil olan ölkələrin liderləri təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və belə vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi yaradılıb və 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub.

Təşkilata üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR