Qırğızıstanla sərhəddə atışmada Tacikistanın 3 hərbçisinin öldürüldüyü məlum olub

 Qırğızıstanla sərhəddə atışmada Tacikistanın 3 hərbçisinin öldürüldüyü məlum olub
# 17 sentyabr 2019 17:29 (UTC +04:00)

Qırğızıstan-Tacikistan sərhədində atışmada Tacikistanın 3 nəfər sərhədçisinin öldürüldüyü məlum olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin polkovnik-leytenantı da var.

Hazırda sərhəddə vəziyyətin stabil olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Qırğızıstan – Tacikistan sərhədində silahlı insident baş verib. Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var.

Məsələ ilə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan səfirinə etiraz notası təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR