Qırğızıstan Tacikistan sərhədinə yerləşdirdiyi əlavə hərbi qüvvələri geri çəkib

Qırğızıstan Tacikistan sərhədinə yerləşdirdiyi əlavə hərbi qüvvələri geri çəkib
# 29 yanvar 2022 13:50 (UTC +04:00)

Qırğızıstan Tacikistan sərhədinə yerləşdirdiyi əlavə hərbi qüvvələrin və texnikanın geri çəkilməsini yekunlaşdırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin sərhəd xidmətindən bildirilib.

Hazırda sərhəddə vəziyyətin stabil olduğu vurğulanıb.

Xatırladaq ki, yanvarın 27-də axşam saatlarında Tacikistan-Qırğızıstan sərhədçiləri arasında silahlı toqquşma olub. Sərhəddə baş verən toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub, on vətəndaşı yaralanıb. Tərəflər gecə saatlarında tam atəşkəs, sərhədə cəlb edilən əlavə qüvvə və vasitələrin çıxarılması, Batken-İsfan avtomobil yolunun hərəkətə açılması və münaqişənin qarşısının alınması məqsədilə sərhədyanı ərazilərdə birgə patrulun aparılması barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR