Qırğızıstan tərəfi Tacikistanın atəşkəs tələbinə əməl etmədiyini bildirib

Qırğızıstan tərəfi Tacikistanın atəşkəs tələbinə əməl etmədiyini bildirib
# 27 yanvar 2022 21:16 (UTC +04:00)

“Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçiləri məhəl qoymur”.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.

“Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir. Tacikistan sərhədçilərinin öz arsenalına aid olmayan minaatanlardan atəş açması, silahlı qüvvələrin qüvvə, vasitələrindən istifadə etməsi ölkələr arasında beynəlxalq və ikitərəfli müqavilələrin kobud şəkildə pozulması deməkdir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Qırğızıstan tərəfi, həmçinin bildirib ki, Tacikistan hərbçilərinin sərhəddə vəziyyəti gərginləşməsi səbəbindən ölkənin bir neçə kəndi işıqsız qalıb.

Əsasən Qırğızıstanın Batken vilayətinin bir hissəsinə elektrik enerjisinin verilişi kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR