Qırğızıstan və Tacikistan prezidentləri razılıq əldə edib

Qırğızıstan və Tacikistan prezidentləri razılıq əldə edib
# 16 sentyabr 2022 15:55 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistan Prezidenti Emomali Rəhmon ilə iki ölkə sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Dövlət başçılarının görüşü Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının samiti çərçivəsində baş tutub və tərəflər Tacikistan-Qırğızıstan sərhədində baş verən hadisələri müzakirə ediblər.

Onlar aidiyyəti dövlət qurumlarına atəşkəs və təmas xəttinə cəmləşmiş hərbi qüvvələrin uzaqlaşdırılmasına tapşırıq vermək barədə razılığa gəliblər.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR