Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib
# 14 sentyabr 2022 08:51 (UTC +04:00)

Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında atışma baş verib.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsi məlumat verib.

Bildirilib ki, sentyabrın 14-də Bulaq Başı deyilən ərazidə silah tətbiqi ilə insident baş verib. Qırğız sərhədçilərin Tacikistan hərbçilərinin razılaşmanı pozaraq sərhədin mübahisəli ərazisində döyüş mövqeyi tutduğunu müşahidə edib. Qırğız tərəfin qanuni tələbini rədd edən Tacikistan sərhədçiləri silah tətbiq ediblər. Cavab tədbiri kimi qırğız sərhədçilər də silah tətbiq edib.

Atışma zamanı tasikistan tərəfi minaatanlardan istifadə edib. Saat 09.30-a olan məlumata görə, atışma periodik davam edir. Qırğızıstan tərəfdə itki yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR