Qırğızıstanda ali hərbi təhsilli şəxslərin minimal müqavilə müddəti artırılacaq

Qırğızıstanda ali hərbi təhsilli şəxslərin minimal müqavilə müddəti artırılacaq
# 07 iyun 2023 11:00 (UTC +04:00)

Qırğızıstanda ali hərbi təhsilli şəxslərin minimal müqavilə müddəti artırılacaq.

APA xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ordunun döyüş hazırlığını artırmaq üçün nəzərdə tutulan qanun layihəsi parlament tərəfindən qəbul edilib.

Qanun layihəsinə əsasən, ali hərbi təhsilli şəxslər üçün minimal müqavilə müddəti 5 ildən 10 ilədək artırılacaq.

Həmçinin əlavə olunub ki, bu qanunun qəbul olunması ixtisaslı zabitlərin ölkədən getməsinin qarşısını almaq üçün lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR