Qırğızıstanda kafedə ard-arda bir neçə partlayış olub, ölən və xəsarət alanlar var

Qırğızıstanda kafedə ard-arda bir neçə partlayış olub, ölən və xəsarət alanlar var
# 08 noyabr 2019 14:05 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən kafedə bu gün yanğınla müşayiət olunan üç ardıcıl partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər xəsarət alıb. Xəsarət alanların arasında uşaqların da olduğu bildirilir.

Partlayışa qaz balonunun səbəb olduğu ehtimal edilir.

Yanğın lokallaşdırılıb, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR