Qırğızıstanın həbsdə olan sabiq baş naziri xəstəxanaya yerləşdirilib

Qırğızıstanın həbsdə olan sabiq baş naziri xəstəxanaya yerləşdirilib
# 16 avqust 2019 17:43 (UTC +04:00)

Qırğızıstanın həbsdə olan sabiq baş naziri Sapar İsakov xəstəxanaya yerləşdirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“İsakov təcili olaraq istintaq təcridxanasından xəstəxanaya aparılıb”, - komitənin məlumatında qeyd edilib.

Sabiq baş nazirin hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi açıqlanmır. İlkin məlumata görə, o, Qırğızıstan Milli Xəstəxanasının Nevrologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, sabiq baş nazir Sapar İsakov 2018-ci ilin yazında həbs olunub. S.İsakov digər rəsmilərlə əlbir olaraq Çin şirkəti ilə ölkənin maraqları əleyhinə olan 111.2 milyon dollar dəyərində müqavilə imzalayıb. Sabiq baş nazir həmçinin korrupsiyada və milli tarix muzeyinin bərpası zamanı dövlətə 1.4 milyon dəyərində maddi ziyan vurmaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR