Qırğızıstanın sərhədyanı rayonlarından təxliyə prosesi başa çatıb

Qırğızıstanın sərhədyanı rayonlarından təxliyə prosesi başa çatıb
# 18 sentyabr 2022 13:14 (UTC +04:00)

Qırğızıstanın Tacikistanla həmsərhəd rayonlarından təxliyə prosesi başa çatıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və fövqəladə xilasetmə əməliyyatları departamentinin rəhbəri Bolot Şarşanəliyev məlumat yayıb.

Onun sözlərinə görə, evlərin təhlükəsizliyini təmin etmək üçün sərhəd bölgəsində yalnız yerli sakinlərdən ibarət könüllü xalq dəstələri qalıb.

Şarşanəliyev vurğulayıb ki, bütün qadınlar, uşaqlar və qocalar artıq sərhədyanı ərazini tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR