Qırğızıstanla Özbəkistan arasında delimitasiya prosesi başa çatıb

Qırğızıstanla Özbəkistan arasında delimitasiya prosesi başa çatıb
# 27 yanvar 2023 13:28 (UTC +04:00)

Qırğızıstan və Özbəkistan sərhədlərin delimitasiyası prosesini başa çatdırıb.

APA Qırğızıstan Respublikası Prezident Administrasiyasının rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə Bişkekdə görüş zamanı Japarov qeyd edib ki, bu çox əlamətdar və tarixi hadisədir: “Bu amil iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında əsas rol oynayacaq və həmçinin Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin təminatına töhfə verəcək. Sərhəd məsələlərində son qoyulub”, - Japarov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR