Ərdoğanla Tramp telefon danışığında Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

Ərdoğanla Tramp telefon danışığında Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər
# 15 fevral 2020 20:14 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA Türkiyənin “Axşam” qəzetinə istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlər də müzakirə olunub.

Hər iki lider Suriyanın şimalında, İdlibdə baş verən hərbi əməliyyatlar zamanı dinc insanların qanının tökülməsinin yolverilməz olduğunu bildiriblər, bölgədə yaranan böhranın aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Telefon söhbətində Liviya mövzusu da müzakirə olunub.

Prezidentlər həmçinin iki ölkə arasında qarşılıqlı ticarət həcminin 100 milyard dollara qaldırılması istiqamətində danışıqlar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR